Ursula fon der Lyayen: "Avropa İttifaqı ölkələri Trampın Qəzza planında iştirak etməyə hazırdır"

Bu gün, 12:34           
Ursula fon der Lyayen: "Avropa İttifaqı ölkələri Trampın Qəzza planında iştirak etməyə hazırdır"
Avropa İttifaqına (Aİ) üzv olan ölkələr ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında münaqişənin həlli planının həyata keçirilməsində iştirak etməyə hazırdır.
Bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen "X" hesabında yazıb.

"Mən Trampın Yaxın Şərqdəki müharibəni həll etmək planını alqışlayıram. Hər kəsi bu planda fəal iştirak etməyə çağırıram. Aİ onun həyata keçirilməsinə töhfə verməyə hazırdır", - deyə AK rəhbəri vurğulayıb.

O, həmçinin əlavə edib ki, Qəzza zolağının ikidövlətli həlli regionda sülhü təmin etmək üçün yeganə əlverişli variant olaraq qalır.

Qeyd edək ki, Qəzza münaqişəsinin həlli üçün Ağ Evin təqdim etdiyi plan hərbi əməliyyatların tam dayandırılmasını və Fələstinin HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların 72 saat ərzində azad edilməsini tələb edir. Bundan əlavə, sənəd keçid dövrü üçün zolağın kənar idarəçiliyə verilməsini təklif edir. İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtonda Trampla keçirdiyi mətbuat konfransında ABŞ prezidentinin Qəzzada hərbi əməliyyatların dayandırılması planını dəstəklədiyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru