Vətəndaşın qaz xətti cəkdirən zaman öpdədiyi pulları kimlər "yeyir" - İDDİA
Bu gün, 10:51

Araşdırılmasına ciddi ehtiyac duyulur
Sahə üzrə mütəxəsis yazdı ki:
Hörmətli vətəndaşlar evlərinizə qaz xətti cəkdirən zaman hansı podratçı ilə müqavilə bağlamısınızsa o müqavilənin bəndlərini diqqətlə oxuyun və müqaviləyə özünüz imza edin !
Problem:
Ölkədə 60-dan artıq qeydiyyatdan keçmiş (qaz təchizatı ilə bağlı) və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən lisenziya verilmiş podrat təşkilatlar MMC lər fəaliyyət göstərir. Bu təşkilatlar qaz xətlərinin çəkilməsi, mövcud qaz xətlərinin yerinin dəyişdirilməsi, hər cür təmir və bərpa işlərinin aparılması, müxtəlif ölçülərdə qaz və su sayğaclarının quraşdırılması, eləcə də yeni tikilmiş mənzillərin və fərdi evlərin qazlaşdırılması və sayğacların quraşdırılması üzrə ixtisaslaşıblar.
Ölkə ərazisində 2024-cü il ərzində və 2025-ci ilin ilk 9 ayında ümumilikdə 90.000-dən artıq yeni əhali abonenti, 1200-dən çox isə qeyri-əhali abonenti qeydiyyata alınmışdır. Bu isə göstərir ki, həmin sayda qaz xətlərinin çəkilişi aparılmışdır. Rəsmi olaraq bu işlərin podratçı təşkilatlar tərəfindən icra edildiyi bildirilsə də, burada ciddi suallar yaranır:
-Görəsən, doğrudanmı həmin xətlərin çəkilişi podratçı təşkilatların öz işçi qüvvəsi ilə həyata keçirilib, yoxsa həmin iş zorla “Azəriqaz” rəhbərliyinin təzyiqi ilə idarənin yerlərdə çalışan çilingər, usta və mühəndislərinə gördürülüb?
Hamiya məlumdur ki, Asan xidmətdən texniki şərt aldıqdan sonra podratçı təşkilatlar müəyyən məbləğ ödəməklə vətəndaş abonenti ola bilirlər. Adətən bu məbləğ 270–300 manat, bəzi yerlərdə isə 400–500 manat arasında dəyişir.
Əslində, podratçı ilə vətəndaş arasında bağlanan müqavilədə (bu müqaviləni vətəndaş adətən görmür, və vətəndaşın əvəzində imza atılır) qiymət müəyyən edilir. Məsələn, əgər ev ilə qaz kəməri arasındakı məsafə 50 metrdirsə, ödəniləcək məbləğ 250 manat təşkil edəcək.
250 manat ödəndikdən sonra podratçı vətəndaşı aşağıdakılarla təmin edəcək və müvafiq işləri görəcək:
* Qaz sayğacının quraşdırılması;
* Qaz xəttinin mənzildaxili və sayğaca qədər olan məsafəsinin montaj edilməsi;
* Qaz detektoru ilə təmin olunması;
* Əgər orta təzyiqli qaz kəmərinə birləşirsə, qaz tənzimləyici ilə təmin olunması.
*Kiplik təziyiqə davamlılğın yoxlanilması
Vətəndaş podratçıya pul ödədikdən sonra yanlış düşünə bilər ki, “mən koda pul ödəmişəm və qaz xəttini özüm çəkməliyəm”. Amma bu yanlışdır Ödəniş etdiyiniz podratçı ilə bağladığınız müqavilə çərçivəsində bütün qaz xətti işləri podratçının məsuliyyətindədir və o bütün işləri görməlidir.
Bayaq qeyd etdiyimiz kimi, ölkə ərazisində 90.000-dən artıq abonent yeni qeydiyyata alınıb Bu işləri 60-dan çox müxtəlif adda qeydiyyatdan keçmiş podrat təşkilatlar həyata keçirib. Bəlli məsələdir ki, bu MMC-lər bu işi görmək üçün müəyyən sayda işçi qüvvəsi tələb olmalı idi,
İndi gəlin baxaq bu MMC lərdə neçə işçi ilə əmək müqaviləsi rəsmi olaraq bağlanib, Dövlətə nə qədər vergi ödənilib. Hec bir qara qəpik də.
Düşünürəm ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi araşdırsa görər ki, Podrat təşkilatlara vətəndaş tərəfindən ödənilən 250-300 bəzən 500 manatlar, hər bir yeni qeydiyyata alınan abonentin ödədiyi pulun 50 faizi departamnet rəisləri, Region rəsiləri, baş mühəndislər, arasında bölünür, yoxsa daha kimlər ??? !!!
Mirvari Gahramanli
TEREF