“Peşəkar Dələduz Həbs də, İş başındadır” – İDDİA

Bu gün, 10:38           
“Peşəkar Dələduz Həbs də, İş başındadır” – İDDİA
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəza çəkmə müəssəsində “cəzasını çəkən” məhkum Xəlilov Ülvi İlham oğlu vətəndaş Samir Qəhrəmanova, müəssisədə ola-ola külli-miqdarda ziyan vurub. Maraqlı odur ki, cəza çəkməli olan məhkuma bu texniki dəstəyi kim və nə üçün verir? Bildiyimiz kimi normalda, həbsxanada telefon işlətmək, internetə bağlanmaq qəti qadağan olunmalıdır.Bunu redaksiyamıza məktub ünvanlayan Samir Qəhrəmanovun özü bildirib.Samir çox çıxılmaz vəziyyətə düşüb.

Hətta bu hadisə, dələduzun qanunsuz və cəzasız əməlləri Samirin ailəsində də, müəyyən narazılıqlara yol açıb.Bildiyimiz kimi,Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla, 2025-ci il Konstitusiya və Suverenlik İli kimi təsbit edilmişdir. Konstitusiya – Ana Qanun deməkdir.

Qanunlarımıza hörmət etmək, hər kəsin boynunun borcudur!Məhz bu il, ölkəmizdə qanuna zidd əməllər nə qədər az olsa, o qədər yaxşı olar. Yuxarıda sadaladıqlarımızı rəhbər tutaraq, Ədliyyə Nazirliyindən xahiş edirik ki, həmin şəxsi cinayət məsuliyyətinə cəlb etsinlər. Əks-təqdirdə hələ o, çoxlu insanlara bu yolla zərər vuracaq.

Arazmedia.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru