“Yaxşı xəbər var - Putin ağır xəstədir, ikinci xəbər ondan da yaxşıdır” - MARAQLI...
5-11-2017, 00:45
Lev Tolstoyun təbiri ilə desək, bütün təriflər bir-birinə bənzəyir, tənqidlər isə hərəsi bir cür olur. Rusiya prezidenti Vladimir Putini vətənində çox tərifləsələr də, tənqid edənlər də az deyil.
Moderator.az tənqidi yazılara daha üstünlük verir və Viktor Şevçukun maraqlı bir yazısını oxucularına təqdim edir.
“Yaxşı xəbər var-Putin ağır xəstədir. İkinci xəbər daha yaxşıdır - o Rusiyanı idarə etməkdə davam edir və bu işdə heç kim ona mane olmağa hazır deyil.
Bu, müəyyən dərəcədə Makiavellinin yazdığıdır - “ Hakimiyyət pozğunçuluq yaradır. Mütləq hakimiyyət isə mütləq pozucudur”. Bəli - Rusiyanın elitası və başında duranları o qədər pozulublar ki, artıq reallıqla əlaqələrini itiriblər. Putinə “Suriyanın 500 000 kubokilometr ərazisinin azad edildiyi” barədə yalan məlumatlar, səfeh məruzələr ötürülür, Amerika “apaçi”lərini İŞİD-in yüz min qərargahına qarşı mübarizə aparan Rusiya vertolyotları kimi təqdim edən videolar soxuşdururlar.
Ona bütün ölkənin reallıqdan uzaq olan statistikasını yapışdırırlar. Bu da onları nəinki yeyir, həm də bu cəfəngiyyatı bütün dünyaya yedizdirmək istəyir. Xəstəliyin ikinci hissəsi olan paronoya və şizofreniyadır ki, bütün dünya siyasətçiləri açıqca “iki Putini” müşahidə edirlər və hər biri ikincinin nə etdiyindən məlumatsızdır. Biri vəd verir, ikinci isə onun əksini edir. Və yaxud – biri nəsə edir, ikinci isə izahat verir ki, bu o deyil və “biz orda olmamışıq”. Və paranoya deyir: ”NATO, reptiloidlər (kosmosdan gəlmiş insanabənzər heyvanlar) , benderovçular, Petlyura - hamısı faşistlərə işləyib” və sairə. O həqiqəti öyrənib - Rusiyada bioloji materialları qərbin xüsusi xidmətləri toplayır ki, çox məxfi silah hazırlayıb Putin partiyasının və hökümətinin rəhbərlərini məhv etsin və “Ozero” (Putinin Sankt-Peterburqda yaratdığı kooperativ) kooperativinin üzvlərini zəhərləsin.
Gördüyümüz kimi baba üçün hər şey sona çatır - onu hətta yastıqla boğmayacaqlar, sadəcə Brejnev kimi onu da narkotikaya oturdub kağızları imzalamağa məcbur edəcəklər. Hələlik o kondisiyaya çatmayıb, ona çox da mane olmurlar. O təkbaşına əks sanksiyalar, müxtəlif siyasi tədbirlər, bu idiotu bütün dünya ilə dalaşdıran diplomatik müharibələr təşkil edir. O, Rusiyanı tükədən, yıpradan və hərbçi kadrlarını tədricən utilizasiya edən iki müharibə yaradıb.
Və ikinci yaxşı xəbər - ona mane olmurlar. O daxili siyasəti, iqtisadiyyatı, xarici siyasəti məhv etməkdə davam edir, heç kim ona “dayan” demir, sadəcə hamı gözləyir ki, baba son olaraq rədd olacaq və onun milyardları ilə yaşayacaqlar. Ola bilsin ki, onu mavzoleyə aparıb hər şeyi yenidən başlayacaqlar, bir şərtlə ki, qabaqcadan qızıl ehtiyatlarını İsveçrənin etibarlı banklarına daşısınlar.
Hər şey plan üzrə gedir, dostlar. Bizim iki yaxşı xəbərimiz var - Putin ağır xəstədir və hələ də hakimiyyətdədir. Rusiya dağılacaq, içindən dağılacaq. Müddət-2-3 il. Rusiyanın imperiya dövrü belə bitəcək, sonra isə normal milli dövlət qurulacaq...