Çarın Alyaskanı ABŞ-a satmasından 150 il ötdü - TARİXİ ARAYIŞ

5-11-2017, 11:55           

150 il öncə – 18 oktyabr 1967-ci ildə Novo-Arxangelsk (hazırkı Sitka) şəhərində Rusiya Amerikasının ABŞ-a satılması ilə bağlı təntənəli mərasim keçirilib.
Teleqraf.com-un məlumatına görə, həmin gün Rusiya İmperiyasının bayrağı endirilib və onun yerində yaylım atəşinin sədaları altında ABŞ bayrağı ucaldılıb.
ABŞ təkcə 1,52 milyon kv.km ərazini deyil, Rusiya-Amerika kompaniyasının bütün mülkiyyətinə də sahib çıxıb. Bundan başqa Rusiya Alyaska ərazisindən öz qoşunlarını çıxarmaqla bağlı öhdəlik götürüb. Kilsələr istisna olmaqla bütün hazır binaları və tikilməkdə olanları ABŞ-a təhvil verib.
Alqı-satqı müqaviləsi Rusiya nümayəndəsi, baron Eduard Stekllə ABŞ dövlət katibi Uilyam Syüard arasında 30 mart 1867-ci ildə Vaşinqonda imzalanıb. Müqaviləyə əsasən, Rusiya Alyaskanı 7,2 milyon dollara (11 milyon rubl) satıb. ABŞ bu pulu 10 ay ərzində ödəyib.
Bundan sonra Alyaskaya amerikalı missionerlərin, araşdırmaçıların əsgərlərin, inşaatçıların, o cümlədən qızıl axtaranların kütləvi köçü başlayıb.
Çarın Alyaskanı ABŞ-a satmasından 150 il ötdü - TARİXİ ARAYIŞ














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru