Qubada gecə saatlarında fəaliyyət göstərən çayxana aşkar edilib

20-02-2021, 12:38           
Qubada gecə saatlarında fəaliyyət göstərən çayxana aşkar edilib
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən çay evi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Teref.az-a verilən məlumata görə, şöbə əməkdaşları inzibati ərazidə xidmət aparan zaman gecə saat 03:00 radələrində rayonun Mirzəməmmədkənd kəndi ərazisində yerləşən K.Xanmədova məxsus çayxananın fəaliyyət göstərdiyini müəyyən ediblər. Polis əməkdaşları tərəfindən obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyektin sahibi və orada olan 3 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Qaydaları pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb və onlar məsuliyyətə cəlb olunublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru