Qubada evlərdən oğurluq edən gənc saxlanılıb

22-02-2021, 12:55           
Qubada evlərdən oğurluq edən gənc saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundanTeref.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən müxtəlif vaxtlarda bir ədəd velosiped, məişət avadanlıqları və geyim əşyaları oğurlanması barədə müraciət daxil olub.
Daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Ramin Teymurxanov saxlanılıb.
Saxlanılan şəxs törətdiyi əməlləri etiraf edərək, qanunsuz yolla əldə etdiyi velosipedi dəyərindən ucuz qiymətə satdığını, digər əşya və avadanlıqları isə gizlətdiyini bildirib. Həmin velosipedin, eləcə də digər əşyaların yerləri polis əməkdaşları tərəfindən müəyyən edilərək maddi sübut kimi götürülüb.
Faktlarla bağlı R.Teymurxanov barəsində Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, onun digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru