Səbail rayonunda növbəti iməclik keçirilmişdir

18-12-2017, 11:05           

teref.az- Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi ilə əlaqədar “Hərəyə bir ağac əkək” kompaniyası çərçivəsində Səbail Rayon İcra Hakimiyyəti və YAP Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə genişmiqyaslı ağacəkmə aksiyası keçirilmişdir.
Ulu öndərin şəxsi təşəbbüsü ilə ötən əsrin 70-ci illərində yaradılmış “Dostluq parkı”nda və eləcə də Səbail RİH tərəfindən “Şıx” ərazisindəki yamacda salinan “Ekoloji park”ın ərazisindəki ağacəkmə aksiyası RİH başçısının müavini Abit Əliyev və YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyevin, rayonunun idarə, təşkilat, müəssisələrinin, təsərrüfat xidmətlərinin işçiləri və rayon ictimaiyyətinin nümayəndələrinin, YAP üzvlərinin, yüzlərlə insanın iştirakı ilə keçirilmişdir.
Keçirilən iməсlikdə ümumilikdə 1000 ədəd yeni Eldar şamı, oluandr, kiparis, zeytun və s. ağacları əkilmiş, əlavə olaraq əvvəl əkilmiş ağaclara qulluq göstərilmişdir. Ağacların normal inkişafı üçün gübrə gətirilmiş, onlara qulluq göstərilməsi və gündəlik suvarılması məsələləri həll olunmuşdur.
“Şıx” ərazisində bu iməcliklərin keçirilməsi və burada böyük “Ekoloji park”ın yaradılması ekoloji problemlərin mövcud olduğu Bibiheybət buxtası və ümumilikdə Bakı şəhərindən cənub və qərb istiqamətində çıxış ərazilərinin ekoloji təmizliyi, gələcəkdə burada sağlam zonaların yaradılması istiqamətində görülən işlərə səbaillilərin töhfəsidir.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru