Ekologiya nazirliyinin nəzərinə, Ağdam meşələrində nadir ağacları qırırlar VİDEO

18-12-2017, 21:45           
Ekologiya nazirliyinin nəzərinə, Ağdam meşələrində nadir ağacları qırırlar VİDEO
Azərbaycanda meşələrinin qanunsuz qırılmasına dair daha bir faktla bağlı video yayılıb.

Təqdim etdiyimiz videogörüntü Ağdamın Soltanbud meşəliyi ərazisində lentə alınıb. Kadrlardan göründüyü kimi, meşəlik ərazisində nadir ağac növlərindən biri olan saqqız ağacları qətliama uğrayıb.

Məlumat üçün bildirək ki, saqqız ağacı püstə cinsinin Azərbaycanda yabanı halda yayılmış növü olub, üçüncü dövrün ən qiymətli relikt ağaclarından biridir. Oduncağından əldə olunan qətran yüksək texniki keyfiyyətlərə malikdir, aviasiya, elektronika və kimya sənayesində istifadə olunur. İstisna edilmir ki, nadir növ ağacların qırılmasının səbəbi məhz onun bu önəmli xüsusiyyətiylə bağlıdır.

Hesab edirik ki, məsələ Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən diqqətə alınacaq və qurumun görməzdən gəldiyi bu özbaşınalığa son qoyulacaq.

24saat.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.