“Nar”ın dəstək olduğu “Brain Ring” yarışlarının builki qalibi “Sumqayıt” komandası olub

19-01-2018, 23:20           
“Nar”ın dəstək olduğu “Brain Ring” yarışlarının builki qalibi “Sumqayıt” komandası olub
teref.az - “Nar”ın ənənəvi olaraq dəstək verdiyi “Brain Ring” intellektual bilik yarışlarının onuncu mövsümü başa çatdı. Yarışlarda respublikanın 15 bölgəsi və 9 ali məktəbini təmsil edən 32 komanda bilik mübarizəsi aparırdı.

teref.az xəbər verir ki, “Brain Ring” intellektual yarışlarında ənənəvi “Bilik” kubokunun qalibi “Sumqayıt” komandası oldu. İlin son “Brain Ring” qarşılaşmasında 2017-ci ilin ilk yarısının qalibi olmuş “İçərişəhər” komandasını da məğlub edən “Sumqayıt” komandası həm də 2017-ci ilin “Brain Ring” çempionu adına layiq görüldü.

“Brain Ring” intellektual yarışlarının yayımı zamanı televiziya tamaşaçıları üçün xüsusi bir müsabiqə də keçirilirdi. Belə ki, verilişin yayımı zamanı “Nar”-ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədyyələr qazanırdılar. “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar”-dan hədiyyə qazanmaq şansı əldə etdilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru