Rusiyada dollar “qiymətdən düşür”?

15-03-2021, 09:56           
Rusiyada dollar “qiymətdən düşür”?
Rusiyada maliyyə bazarları üzrə mütəxəssis Andrey Kuznetsov Amerika valyutasının çökəcəyini proqnozlaşdırır.

SİA bu barədə rus mətbuatına istinad edir.

Rusiyalı mütəxəssis sözlərinə görə, rubl bu ilin aprel ayının sonuna qədər dollara qarşı möhkəmlənə bilər. Kuznetsov bu barədə yerli mətbuata verdiyi açıqlamada bildirib. Onun sözlərinə görə, neft məhsullarının bahalaşması fonunda Rusiya valyutası möhkəmlənməkdə davam edəcək.

"Rublun lehinə iki amil oynaya bilər. Bunlardan biri neftə olan tələb, digəri isə vergi dövrünün başlanğıcı və aprel ayında gözlənilən ƏDV ödənişləridir".

Mütəxəssisin fikrincə, aprel ayının ortalarında maksimuma həddə çata bilən dollar, ayın sonuna qədər 75-76 rubldan 70-71 rubla düşə bilər.

Qeyd edək ki, bu düşməni Kuznetsov Avropa valyutasına da şamil edir. Onun fikrincə, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların aradan götürülməsi dolları 67 rubla sala bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru