Rusiyada rekord geriləmə: 12 ildə ilk dəfə

15-03-2021, 12:50           
Rusiyada rekord geriləmə:
Rusiyanın orta və böyük müəssisələrinin gəliri 2020-ci ildə 23,5% azalıb.

Axar.az xəbər verir ki, bu iddia ilə “FinEkspertiza” konsaltinq şirkəti çıxış edib.

Şirkət bu azalmanın son 12 ilin rekordu olduğunu bildirib.

Ölkənin 85 regionundan 48-də müəssisələrin maliyyə göstəricilərinin pisləşdiyi qeyd edilib. Ən böyük geriləmə isə Şimali Osetiya, Nenetsk Muxtar Dairəsi, İnquşetiya, Amur vilayəti, Sevastopol, Çuvaşiya, Kemerovsk vilayəti, Tatarıstan və Komi Respublikasında müşahidə olunub.

Şirkət geriləməyə səbəbin koronavirus pandemiyası olduğunu açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru