ABŞ Suriyadakı seçkiləri tanımamağa çağırıb

16-03-2021, 00:05           
ABŞ Suriyadakı seçkiləri tanımamağa çağırıb
ABŞ hökuməti Suriyada müharibənin on illiyi ilə bağlı prezident Bəşşar Əsəd hökumətini sülh danışıqlarına qeyri-ciddi münasibətinə və oyuncaq prezident seçkisi keçirmək niyyətinə görə sərt tənqid edib.

“Report” xəbər verir ki, ABŞ-ın BMT-dəki elçisi Linda Tomas-Qrinfild Təhlükəsizlik Şurasının iclasında rejimin seçkiləri yayda nəzarət etdiyi bölgələrdə, ölkəni birləşdirmək istiqamətində BMT-nin səylərinə zidd olaraq keçirəcəyini qeyd edib.

Təhlükəsizlik Şurasının iclasında ABŞ-ın Suriya böhranına dair Rusiya və başqa üzv ölkələrlə ciddi ziddiyətlərinin bir daha üzə çıxdığını qeyd edən diplomat bildirib ki, mən beynəlxalq birliyi Suriyada qarşıdan gələn prezident seçkisinə aldanmamağa çağırıram: "Həmin seçki nə azad, nə də ədalətli olacaq, Əsəd rejimini də legitimləşdirməyəcək”.

BMT-nin sülh elçisi Geir Pedersen də 2011-ci ilin mart ayında Suriyada başlamış vənəndaş müharibəsində yüz minlərlə insanın həlak olduğunu, milyonlarla sakinin isə didərgin salındığını xatırladaraq “Suriya xalqı bu əsrin ən böyük məzlumudur” deyə fikir bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru