11 ölkə bu vaksinin istifadəsini dayandırdı

15-03-2021, 23:20           
11 ölkə bu vaksinin istifadəsini dayandırdı
Almaniya, İtaliya və Fransa koronavirusa qarşı “AstraZeneca” vaksinin istifadəsi müvəqqəti olaraq dayandırılıb. Bu, sözügedən vaksinin qanda laxtalanma riski yaratması ilə əlaqədardır. Almaniya Səhiyyə nazirliyinin məlumatına görə, ölkədə peyvənd məsələsində səlahiyyətli olan Paul-Erlik İnstitutunun bu istiqamətdəki tövsiyəsi ilə bu qərar alınıb: “Vaksin qanda laxtalanma riski yaratması səbəbindən müvəqqəti olaraq tətbiq edilməyəcək. Avropa Dərman Agentliyi (EMA) yeni araşdırmaların vaksinin tanınmasına təsir edib-etməyəcəyinə qərar verəcək”.

İtaliya da bu vaksinin istifadəsini müvəqqəti olaraq dayandırıb. Bundan başqa, Fransa Prezidenti Emmanuel Makron peyvəndin istifadəsinin sabah günortaya qədər dayandırıldığını açıqlayıb.

Qeyd edək ki, bu vaksinin istifadəsini təxirə salan ölkələrin sayı 11-ə çatıb. Bunlar Niderland, İrlandiya, Norveç, Danimarka, İslandiya, Rumıniya, İndoneziya, Bolqarıstan, İtaliya, Fransa və Almaniyadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru