Hindistanda qatar relsdən çıxıb, yaralılar var

29-08-2017, 08:13           
Hindistanda qatar relsdən çıxıb, yaralılar var
Hindistanın Maxaraştra ştatında sərnişin qatarı relsdən çıxıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Tutuola şəhəri yaxınlığında qeydə alınıb.

Naqpur-Mumbay marşrutu üzrə hərəkət edən qatarın beş vaqonun relsdən çıxması nəticəsində xəsarət alanlar var. Onların dəqiq sayı hələ ki, məlum deyil.

Qatarların hərəkəti xətdə müvəqqəti olaraq dayandırılıb. Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir. Qeyd edək ki, avqustun 19-u və 23-də Hindistanda baş verən qatar qəzalarında 23 nəfər ölüb, 140-dan çoxu yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru