Tramp: “Meksika tikiləcək divarın xərclərini ödəməli olacaq”

29-08-2017, 08:18           
Tramp: “Meksika tikiləcək divarın xərclərini ödəməli olacaq”
Rəsmi Mexiko ABŞ-Meksika sərhədində tikiləcək divarın xərclərini istənilən halda ödəməli olacaq.

APA-nın CBS telekanalına istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.


«Bu və ya digər yolla, Meksika pul ödəməli olacaq», deyə D.Tramp bildirib. Onun sözlərinə görə, divarın çəkilməsi narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı problemlərin həllinə müsbət təsir göstərəcək.

Ötən gün Meksika tərəfi növbəti dəfə ABŞ-la sərhəddə çəkilən divarın tikinti xərclərini ödəməyəcəyini bəyan edib.

Qeyd edək ki, ötən il D.Tramp üç milyonadək qeyri-qanuni mühacirin ABŞ-dan deportasiya ediləcəyini bəyan edərək ABŞ-Meksika sərhədində divar çəkilməsinin zəruriliyini vurğulamışdı. Tramp həmçinin divarın tikintisi üçün Meksika hökumətindən 5-10 milyard dollar tələb edəcəyinə söz vermişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru