"İran İsraili yox etmək istəyir"

29-08-2017, 09:13           

Benyamin Netanyahu təhlükə ilə bağlı Amerikadan ciddi dəstək gözlədiklərini də deyib
teref.az Sputnik istinadən yazır ki, "İran Suriyadakı vəziyyətdən istifadə edərək İsraili yox etmək istəyir". Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu paytaxt Təl-Əvivdə BMT-nin Baş katibi Antoni Quterreşlə görüşü zamanı deyib.

"İran Livan və Suriyada yüksək dəqiqliyə malik raketlərin istehsalı üçün gizli bazalar tikir. Onların məqsədi İsraili məhv etməkdir" — Netanyahu bildirib.

Baş nazirin sözlərinə görə, İsrail dövləti bu faktla heç vaxt barışmayacaq. Benyamin Netanyahu təhlükə ilə bağlı Amerikadan ciddi dəstək gözlədiklərini də deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru