Qaçaqmalçılıqda "imkan" tükənmir - Spirt su altından şlanqla Moldovadan Ukraynaya

29-08-2017, 22:10           
Qaçaqmalçılıqda "imkan" tükənmir - Spirt su altından şlanqla Moldovadan Ukraynaya
Ukrayna sərhədçiləri Odessa vilayətində Kuçurqan su anbarında suyun altında boru kəməri aşkar ediblər. Ehtimal olunur ki, bu boru ilə Moldovadan Ukraynaya qanunsuz yolla spirt keçirmək istəyiblər.

teref.az jam-news.net - ə istinadən yazır ki, hesabatda boru kəməri adlandırılan şey əslində diametri 32 millimetr olan, Moldova sahilindən Ukrayna sahilinə qədər uzanan şlanqdır.

“Ehtimal olunur ki, bu yolla canilər Moldovadan Ukraynaya qanunsuz yolla spirt keçirməyi planlaşdırıblar”, – Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatında belə deyilir.

Hüquq mühafizəçiləri müəyyən ediblər ki, boru kəməri yeni quraşdırılıb və hələ istifadə olunmayıb, “çünki şlanqdan xarakterik spirt qoxusu gəlmirmiş”.

Ukrayna sərhədçiləri kater vasitəsilə şlanqın ancaq bir hissəsini – dövlət sərhədinə olan qədərini demontaj ediblər. Sökülən borunun uzunluğu 540 metrə çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru