Yadplanetlilər 5 rus əsgərini daşa döndəribmiş - CİA-dan ŞOK GÖRÜNTÜLƏR

29-08-2017, 22:15           
Yadplanetlilər 5 rus əsgərini daşa döndəribmiş - CİA-dan ŞOK GÖRÜNTÜLƏR
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) ictimaiyyətə açıqladığı sənədlər arasında maraqlı bir detal diqqət çəkir. MKİ-nin yaydığı sənədə görə yadplanetlilər 23 rus əsgərini daşa çeviribmiş.

Moderator.az xarici mediaya istinadla bildirir ki, iddialara görə, rus əsgərlər müəyyən etdikləri bir uçan naməlum obyekti (UNO) vururlar. Yerə düşən aparatdan çıxan yadplanetlilər müqavimət göstərərək əsgərlərə qarşı mübarizə aparırlar.

Təslim olmağı rədd edən gəlmələr əsgərləri daşa çevirirlər.

Hesabatda uçan gəmidən 5 yadplanetlinin çıxdığı bildirilir, rusların UNO-u bir raketlə vurduğu irəli sürülür.

Sənədlərdə əsgərlərlə savaşan gəlmələrin iri başı və gözləri olan, insana bənzər varlıqlar olduğu bildirilir.

MKİ-nin yaydığı hesabatda daşa çevrilən hərbçiləri SSRİ "KQB"sinin gizli bir yerə apararaq gizlətdiyi də idda olunur.

250 səhifəlik bir qovluqda müxtəlif şəkillər və şahid ifadələri də dərc olunan sənədlər arasında yer alır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.