NONSENS: YAP-ın namizədi özü üçün kampaniya aparmır, Əliağa Hüseynovu təbliğ edir - FOTOFAKT
16-10-2015, 20:10
Salyanda seçki gərginliyi davam edir. GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən hətta bu rayonda başqa dairədən deputatlığa qeydə alınmış şəxslər də millət vəkili, sabiq hərbi komissar Əliağa Hüseynovun xeyrinə təbliğat kampaniyasında iştirak edirlər. Digər namizədlərin şikayətləri, mediada yayılmış təkzibolunmaz faktlar belə bu dairədəki bəzi namizədləri özündən çıxarıb. Əliağa Hüseynovun təbliğatında iştirak edən YAP-ın namizədi ilə bağlı dünən bilgi vermişdik.
Bu gün isə GUNDEMİNFO.AZ-ın redaksiyasına maraqlı bir bilgi daxil olub. Məlum olub ki, 60 saylı dairədən deputatlığı qeydə alınmış Rüstəm Sadiq oğlu Məlikov da Əliağa Hüseynovun xeyrinə təbliğatla məşğul olur. Qəhrəmanımız hətta sosial şəbəkələrdə status yazaraq saytların, tənqidi məqamlara toxunun yazarların mövqeyinə dözümsüz yanaşaraq status də paylaşır. Və əlbəttə ki, öz statusunda namizəd kimi qeydə alındığı dairədən deyil, 59 saylı dairədən namizəd olan Əliağa Hüseynovu təbliğ edir.
Bu azmış kimi, qeydə alınmış namizəd kimi öz dairəsindən deyil, başqa bir dairədən namizəd olan Əliağa Hüseynovun bütün görüşlərində, təbliğat-təşviqat kampaniyasında irəli sıralarda iştirak edir. Maraqlıdır ki, 59 saylı dairədən deputatlığa namizədliyi qeydə alınan və namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Salyan Mərkəzi Xəstəxanasının sıravi həkimi olan İlqar Ağabəyov da Əliağa Hüseynovun xeyrinə təbliğatda iştirak edir. İlqar Ağabəyov dəstəkçisi olacaq adamlara «Əliağa müəllimə dəstək olun» mesajı da yollayır.
Maraqlıdır ki, indii 59 saylı dairədə Salyan Rayon Təhsil Şöbəsində işləyən Nuralı Quliyev də Əliağa Hüseynovun xeyrinə bütün təbliğat-təşviqat kampaniyasında iştirak edir. Və bu isə ortada olan mənzərəni kifayət qədər aydınlaşdırır. Deməli hakim partiyanın namizədi də, hətta rayon qəzetinin yazarı da sabiq komissara mirzəlik edirlər…
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.