Hansı nazirliklər ləğv ediləcək? - İlham Əliyevin korrupsiyaya qarşı əsas silahı

16-10-2015, 20:38           
Hansı nazirliklər ləğv ediləcək? - İlham Əliyevin korrupsiyaya qarşı əsas silahı
Prezident İlham Əliyev hakimiyyətin seçki sonrakı islahatlarının anonsunu verdi – korrupsiya və məmur özbaşnalığının kökü kəsiləcək. Artıq vətəndaşlaşların daha çox problemlərlə üzləşdiyi sahələrin “ASAN” xidmətinə verilməsi müşahidə edilir. Ehtimal etmək olar ki, yaxın zamanlarda Gömrük Komitəsinin əsas xidmətləri “ASAN”-a veriləcək.

“ASAN” ölkə rəhbərinin korrupsiyaya qarşı mübarizədə əsas silahıdır. Azərbaycan məhsulunun idxal edilməsi, Azərbaycana məhsulun gətirilməsi ilə bağlı gömrük proseduraların sayının azaldılması ilə bağlı təkliflərin hazırlanması Nazirlər Kabinetinə tapşırılıb. Dünya Bankının bizneslə məşğul olmaq hesabatındakı indiqatoruna uyğun olaraq həyata keçirildiyi üçün ehtimal etmək mümkündür ki, yaxın zamanda gömrüyün bəzi xidmətlərin “ASAN” xidmətə verilməsi reallaşacaq.

Mahiyyət etibarilə, “ASAN” xidməti regionda korrupsiyaya qarşı mübarizədə elektron xidmətdən istifadə ilə bağlı ən yaxşı model kimi qiymətləndirilir. Gömrük Komitəsinin səlahiyyətlərinin önəmli hissəsinin bu xidmətə verilməsiəndaşların əsas narazı qaldıqları sahələrdə şəffaflığın artırılması, süründürməçilik və bürokratiyanın, korrupsiyanın aradan qaldırılmasında mühüm addım ola bilər. Elektron bəyannamələrin, gömrük proseduraları ilə bağlı müxtəlif sadələşdirilmələr kimi məsələlərin verilməsi mümkündür və prezident bu barədə Nazirlər Kabinetinin son müşavirəsində danışdı.

Korrupsiyanın geniş yayıldığı sahələr arasında səhiyyə, nəqliyyat, hüquq mühafizə orqanları, Torpaq və Xəritəçəkmə Komitəsi, bank sektorları göstərildi. Adıçəkilən sonuncu Komitənin ləğbi də korrupsiya hallarına görə baş vermişdi.

İlham Əliyev bəyan etdi ki, korrupsiyanın hakimiyyətin yüksək dairələri ilə bağlı olması indiki halda bu problemin qarşısının alınmasını daha da çətinləşdirir. Bununla belə dövlət başçısı korrupsiya ilə mübarizədən söz açarkən əsasən “ASAN” xidmətin yaradılmasını önə çəkir. Son məlumatlara görə, “ASAN” xidmət yaranandan onun imkanlarından təxminən 600 min vətəndaş istifadə edib. Bura əsasən şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının, sürücülük vəsiqələrinin alınması, nikah bağlanması daxildir. Ancaq nəzərə almaq lazımdır ki, korrupsiya ilə bağlı vətəndaşların narazılıqları əsasən gömrük, vergi orqanları, səhiyyə və məhkəmə sistemləri ilə bağlıdır. Hər il milyardlarla manat vəsait investisiya layihələri yolu ilə korrupsiyanın qurbanına çevrilir.

Xatırladaq ki, Azərbaycanda Korprupsiyaya qarşı Milli Fəaliyyət Planı qəbul olunub. Bundan başqa, Azərbaycan Açıq hökumət təşəbbüsünə qoşulub və onun həyata keçirilməsi ilə bağlı da milli fəaliyyət planı qəbul olunub. Bununla bağlı müxtəlif qurumların üzərinə xeyli öhdəliklər qoyulub.

Bu baxımdan, özbaşınalıqları ilə hamını təngə gətirmiş məmurların cəzalandırılması ilə yanaşı Milli Fəaliyyət Planının işlək mexanizmə çevrilməsi də başlıca məqsəddir.

İlham Əliyev radikal tədbirlər görməkdə qətiyyətlidir. Bu baxımdan, siyasi hakimiyyətin islahatlara başlaması, struktur dəyişikliyinin həyata keçirilməsi ən optimal variant kimi dəyərləndirilə bilər. Bu baxımdan, bələdiyyələrin səlahiyyətlərinin artırılması, icra strukturunun iştahasının azaldılması, elektron hökumətin formalaşdırılması kimi islahatların həyata keçirilməsi labüddür.

Təbii ki, adıçəkilən islahatları həyata keçirə bilməkdən ötrü ölkə daxilində gərginliyin azaldılması vacib elementlərdəndir.

Odur ki, islahatlara kompleks şəkildə yanaşılması, bütövlükdə bütün sahələr üzrə islahatların aparılmasının zamanı çoxdan çatıb.

Neft gəlirlərinin kəskin azalması yeni siyasi-iqtisadi situasiya yaradıb. Bu mərhələdə hökumətdə həm strukur, həm də hakimiyyət komandasının yeniləşməsini qaçılmaz edir. Bununla bağlı radikal addımlar parlament seçkisindən sonra atıla bilər. Mümkündür ki, hökumətin tərkibi 40-50 faiz yeniləşsin və oliqarxları texnkokratlar əvəzləsin.

Struktur islahatı nəticəsində bir neçə nazirlik və dövlət komitəsi ləğv ediləcəyi gözlənilir. Dövlət Gömrük Komitəsinin ləğv edilməsi, səlahiyyətlərinin bir qisminin “ASAN” xidmətə, bir qisminin isə Vergilər Nazirliyinə verilməsi nəzərdə tutulur. Eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilməsi, səlahiyyətlərinin İqtisadiyyat və Sənaye Nazirliyi ilə Ekologiya vəTəbii Sərvətlər Nazirliyi arasında bölüşdürülməsi gözlənilir. Bundan başqa Səhiyyə Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birləşdirilməsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi, funksiyalarının İqtisadiyyat və Sənaye Nazirliyinə verilməsi, Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin ləğvi, səlahiyyətlərinin Maliyyə Nazirliyinə verilməsi versiyaları nəzərdən keçirilir.

Böyük ehtimalla Gənclər və Turizm Nazirliyi də ləğv ediləcək və səlahiyyətləri bölüşdürüləcək. Eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Statistika Kimitəsinin, Diasporla ilə iş üzrə Dövlət komitəsinin ləğvi, səlahiyyələrinin başqa qurumlara verilməsi nəzərdə tutulur.

Göründüyü kimi, qarşıda ciddi struktur islahatları həyata keçiriləcək. Ehtimal etmək olar ki, parlament seçkilərindən dərhal sonra korrupsiyaya qarşı daha ciddi mübarizə aparılsın.

Avrop.info-nun ekspert qrupu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.