Qubanın icra başçısı jurnalisti məhkəməyə verdi

15-03-2021, 17:26           
Qubanın icra başçısı jurnalisti məhkəməyə verdi
Teref.az xəbər verir ki, Quba icra hakimiyyəti araşdırmaçı jurnalist Cəmil Məmmədlini məhkəməyə verib. Cəmil Məmmədli bu barədə sosial şəbəkələrdə status paylaşıb! Statusu təqdim edirik:
"Bu gün Qubada icra hakimiyyətində icrabaşı Ziyəddin mənimlə bağlı iclas keçirib.
İşçiləri statuslarımda trolluq etmirlər deyə, birini işdən çıxarıb, birinə də töhmət verib.
Əziz adlı şəxsi (soyadı Məmmədquliyev olmalıdır, səhv etmirəmsə) işdən çıxarıb, Anar Məmmədov adlı şəxsə isə töhmət verib.
Anar Məmmədovun günahı Qarabağla bağlı hansısa statusuma rəy bildirməsi olub.
Bu tərəfdən də məni məhkəməyə verib.
Məhkəmə binası balacadı Ziyəddin, məni tutmağa...
Bütün şimalı qarışdıracaqsan.
Bilirsən ki, bütün şimal o məhkəmənin qabağına yığışacaq.
Və hər hansısa təxribat olarsa, indidən elan edirəm, günahkarı sənsən və sənin tamahındır..."
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru