Milyardlarla ölçülən mülklər - Putin ailəsinin gizlətdiyi mülklər tapıldı FOTO

16-06-2017, 09:23           
Milyardlarla ölçülən mülklər - Putin ailəsinin gizlətdiyi mülklər tapıldı FOTO
Vladimir Putinin şəxsi sərvəti haqqında dəqiq informasiyalara rast gəlmək mümkün deyil. Rusiya prezidenti bununla bağlı gəzən şayiələri və irəli sürülən ittihamları məharətlə dəf etməyi bacarır. Burada Rusiya mediasının total şəkildə rejim tərəfindən nəzarət götürülməsi faktoru da az rol oynamır.
Lakin Qərb mediasında Vlaidmir Putinin, ailəsini və yaxın çevrəsinin malik olduqları milyardlıq var-dövlət barədə məlumatlar olduqca populyardır. Bu sərvətin hardan əldə olunduğu məsələsi isə ayıca müzakirə mövzusudur.
ABŞ-ın “Time” jurnalının yazarı Saymon Şuster Putin ailəsinin Fransanın kurort şəhəri sayılan Biarrits-də sahib olduğu malikanələr barədə maraqlı yazı qələmə alıb.
Müəllif 2012-ci ildə Rusiyalı iş adamlarının şəhərdə fəaliyyət göstərən rieltor (ev alqı-satqısı ilə məşğul olan adam-red.) Loren Veber vasitəsilə öz aralarında obyekt alqı-satqısı həyata keçrdiyini bildirir.
Loren Veber həm alıcının həm də satıcının olduqca varlı rus iş adamları olduğunu, həmçinin öz yaxtalarını San-Sebastyan şəhəirində saxlamağı sevən, görməmiş ruslardan olmadığını söyləyib. Loren Veber jurnalistlərin bu obyektin Vladimir Putinlə bağlı olması sualından da olduqca təəccüblənib.
“Putin hakimiyyətdə olduğu müddətcə onun bu cür obyektləri birbaşa almasına ehtiyacı yoxdur. Lakin Rusiya müxalifəti rejimin sayəsində ölkədə bir qrupun əlində olan imtiyaz və üstünlüklərin Kreml elitasının gələcək nəsillərinə olduğu kimi keçəcəyindən ehtiyat edirlər”, – müəllif qeyd edir.
Şusterin sözlərinə görə, Biarrits bunun ən böyük örnəklərindən birini təşkil edir.
Məqalədə Rusiyanın Biarritsdəki fəxri konsulu olan, rus zadəganlarının nəslindən gələn Aleksandr de Miller de la Serdanın da fikirlərinə yer verilib.
Sonuncunun sözlərinə görə, Putinin ətrafı həmişə bu şəhərə xüsusi məhəbbət bəsləyib. Onların bir çoxu şəhərdə onun tərəfindən təşkil olunan ballarda, dəbdəbəli mərasimlərdə həvəslə görünürlər.
Lakin Rusiya prezidentinin qızları bu cür hay-küylü tədbirlərdən və yerlərdən uzaq durmağa üstünlük verirlər.Onların şəxsi həyatı isə Kreml tərəfindən hərbi sirr kimi mühafizə edilir.
“Reuters” və “Bloomberg”in aradşırmasına əsasənprezidentin kiçik qızı Katerina Putinin hələ Sankt Peterburqda işlədiyi vaxt “Ozero” kooperativində bir yerdə fəaliyyət göstərdiyi, hazırda Rusiyanın ən böyük banklarından sayılan “ Bank Rossiya”nın sahiblərindən Kiril Şamalovun kiçik oğlu Kiril Şamalovla (kiçik-red.) evildir. Sonuncu Rusiyanın ən böyük neft-kimya holdinqlərindən “SİBUR”un vitse-prezidentidir və sərvəti “Forbs” jurnalı tərəfindn 1,25 milyard dollar civarında qiymətləndirilir.
Müəllif bunula bağlı olaraq Biarrits-dəki obyekt alış-veriş məsələsinə üstünə qayıdıb.
“Məsələ burasındadır ki, sənədlərə görə, obyektin alıcısı Kiril Şamalov, satıcısı isə isə Rusiyanın ən varlı adamlarından biri, rejimin qüdrətli simalarından neft treyderi, VolgaGroup investisiya qrupunun rəhbəri Gennadi Timçenko olub.
Müəllif araşdırması zamanı Biarrits şəhərinin mer müavini Joselin Kastenyedin də fikrini alıb.
Kastenyed Şamalovun aldığı evin Putinin ailəsinə mənsub iki dairədən biri olduğunu təsdiqləyib. Mer müvini evli cütlüyün Biarrits küçələrində və bazarda tez-tez göründüyünü, lakin onların kimliyi ilə maraqlanmadıqlarını vurğulayıb.”
“Qonşu şəhər saylıan Anqle də isə Putinin ailəsi ilə bağlı ikinci bir obyekt təmir olunr. Bu obyekt isə Rusiya prezidentinin qızları Mariya və Katerinaın anası Lyudmilanın ikinci həyat yoldaşı, peterburqlu biznesmen Artur Oçeretniyə məxsusdur.
Şuster adları çəkilən şəxslərin mülk sahibi olmasının Fransa qanunvericiliyinə zidd olmadığını qeyd etsə də Joselin Kastenyed Putinin yaxın qohumlarının bütün maliyyə yoxlamalarından keçməli olduğunu düşünür.
Yazıda Biarritsdə maraqlı bir müsahibin fikirlərinə də yer verib.
Müəllif şəhərdə fəaliyyət göstərən yeganə rus kilsəsinin keşişi Panteleymon atadan şəhərdəki Kreml elitasının nümayəndələrini xəbər alıb.
“Qoy Tanrı özü onları mühakimə etsin”, – keşiş qəzəblə bildirib.
Keşişin dərdi tamamilə başqaymış. O, şəhərə gələn varlı rusların kilsəyə heç bir yardım və ianə vermədiyindən şikayətlənib. “Bu adamlar xeyirxah bir iş görmürlər. Sadəcə əyləncə üçün gəlirlər”, – Şuster keşişin sözlərini oxuculara çatdırıb.(musavat.com)













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.