"McDonald's"ın binasına çıxaraq intihar etmək istəyən şəxs xilas edilib - VİDEO

9-01-2019, 04:42           
"McDonald's"ın binasına çıxaraq intihar etmək istəyən şəxs xilas edilib - VİDEO
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Nizami rayonu ərazisində intihara cəhd hadisəsi ilə bağlı məlumat yayıb.

“Report” FHN-in saytına istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər dördmərtəbəli binanın damına çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru