Gürcüstanda 13 nəfər "donuz qripi"ndən ölüb

9-01-2019, 05:19           
Gürcüstanda 13 nəfər "donuz qripi"ndən ölüb
Gürcüstanda ötən ay ərzində 13 nəfər A(H1N1) – "donuz qripi" virusundan dünyasını dəyişib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Rustavi" teleşirkəti məlumat yayıb.

"H1N1 virusunun yayılması səbəbindən ölkənin bütün böyük klinikaları karantin elan edib. Tibb müəssisələri fövqəladə rejimdə fəaliyyət göstərir…son məlumatlara görə, laboratoriya şəraitində H1N1 virusuna 162 yoluxma halı qeydə alınıb, 13 vətəndaş ölüb, laborator şəraitində 10 ölüm halı təsdiq edilib", - deyə TV öz saytında məlumat yerləşdirib.

Daha əvvəl Gürcüstanda qripdən ölənlərin sayının 11 nəfər olduğu bildirilirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru