Dünya Bankı neftin qiymət proqnozunu aşağı salıb

9-01-2019, 05:38           
Dünya Bankı neftin qiymət proqnozunu aşağı salıb
Dünya Bankı (DB) 2019-2020-ci illərdə neftin bir barelinin orta qiyməti ilə bağlı proqnozunu 2 dollar aşağı salaraq 67 dollar səviyyəsində müəyyən edib.

“Report” xəbər verir ki, bu barədə bankın yanvar ayı ərzində dünya iqtisadiyyatının perspektivlərinə dair müvafiq hesabatında deyilir.

"2019-2020-ci illərdə neftin bir barelinin qiyməti 67 dollar səviyyəsində gözlənilir ki, bu da iyun ayında proqnozlaşdırılandan 2 dollar aşağıdır", - deyə hesabatda qeyd olunub.

Eyni zamanda bildirilir ki, proqnozun qeyri-müəyyənliyi "çox yüksəkdir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru