"iPhone" ilə bağlı ilginc açıqlama verildi

10-01-2019, 07:40           
"iPhone" ilə bağlı ilginc açıqlama verildi
"Apple" şirkətinin rəhbəri Tim Kuk "iPhone"un itkiləri ilə bağlı sualları cavablandırıb
"Apple"in rəhbəri Tim Kuk "iPhone"un ötən ili zərərlə başa vurması ilə bağlı səsləndirilən fikirlərə cavab verib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Kuk "iPhone"un builki satışı ilə bağlı danışıb. "2018-ci il "iPhone"un satışları ilə bağlı şirkətimiz üçün müəyyən dəyər itkisi kimi qiymətləndirildi. Nəticədə, şirkətin hissələri 8/100 dəyər itkisi ilə qarşılaşdı. Bununla əlaqədar olaraq şirkət haqqında xoşagəlməz xəbərlər yayılır, müəyyən narahatlıqlar yaranır. Bunu 2001, 2205-ci ildə də demişəm, yenə də deyirəm ki, narahatlığa heç bir əsas yoxdur" – deyə Tim Kuk bildirib.

Qeyd edək ki, "Apple" şirkəti bir sıra məhsullarla bağlı oktyabr-dekabr aylarındakı proqnozda təxmini gəlirlərin 89-93 milyard dollar aralığından 84 milyard dollara endirdiyini bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru