Anasının sözündən çıxdı, ailəni xilas etdi

10-01-2019, 07:47           
Anasının sözündən çıxdı, ailəni xilas etdi
Amerikada yeniyetmə anasının qadağasına baxmayaraq, gecələr seriala baxırmış. Məhz qadağanı pozduğu üçün də ailəsinin həyatını xilas edib. Vaxtında yanğını fərq edən uşaq ailəsini də xilas edə bilib.

İnsident yanvar ayının əvvəlində Delaver ştatında baş verib. Ancela Mari Border 13 yaşlı oğlu Damire Netflixdə gecə saatlarına qədər seriala baxmamağı və vaxtında yatmağı tapşırıb. Amma yeniyetmə ona qulaq asmayıb və gecə saat 1-də tüstü qoxusu hiss edib. Damir anasını oyadıb və dərhal xilasedicilərə zəng edib. Ana-bala geyinib və dərhal yanan evlərini tərk ediblər. “Mən bilmirəm ki, oğlum mənə qulaq asmayıb, gecəyə qədər seriala baxmasaydı, nələr olardı və biz indi harada olardıq”- qadın bunu etiraf edib. Onun əri hadisə baş verən dəqiqələrdə işdə olub. Yanğınsöndürənlərin dediyinə görə, yanğın elektrik xətlərində baş verən nasazlığa görə yaranıb. Evi yenidən bərpa etmək mümkün deyil. Ailənin dörd itindən ikisi ölü tapılıb, qalanları isə xəbərsiz itib.

Qırmızı Xaç ailəyə 600 dollar təqdim edib ki, hoteldə bir nömrə sifariş edə bilsinlər. Onların ailəsi isə xeyriyyə məqsədilə pul yığır. Məqsəd zərərçəkən ailəyə ilkin, zəruri əşyaları almaqdan ibarətdir.



Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru