Səudiyyə Ərəbistanında 40 mindən artıq qadın sürücülük vəsiqəsi alıb

11-01-2019, 07:49           
Səudiyyə Ərəbistanında 40 mindən artıq qadın sürücülük vəsiqəsi alıb
Səudiyyə Ərəbistanında 40 mindən artıq qadın sürücülük vəsiqəsi alıb.

Trend-in məlumatına görə, krallığın daxili işlər naziri Məhəmməd əl-Bassami bildirib ki, Səudiyyə Ərəbistanı hakimiyyəti ölkənin müxtəlif rayonlarında qadınlar üçün 14 yeni təlim mərkəzi açmağı planlaşdırır.

Bildirilir ki, hazırda fəaliyyət gösətərən mərkəzlərdə sürücülük kurslarına yazılmaq istəyənlərin çox olması növbələrin yaranmasına səbəb olub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında qadınların avtomobil sürməsi qadağası ötən il iyunun 24-də aradan qaldırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru