Sumqayıtda DƏHŞƏT: Ər hamilə arvadını vəhşicəsinə döyüb, qollarını kəsdi

11-01-2019, 09:31           
Sumqayıtda hamilə qadın əri tərəfindən möhkəm döyülüb.Sumqayıtda DƏHŞƏT: Ər hamilə arvadını vəhşicəsinə döyüb, qollarını kəsdi

Teref.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda baş verib.

Belə ki, kirayədə yaşayan, Arzu Hüseynova əri 28 yaşlı Fuad Hüseynov tərəfindən möhkəm döyülüb. Daha sonra kişi qadının əl və qol nahiyələrini şüşə parçası ilə kəsib. Qadın aldığı xəsarətlərdən huşunu itirib. Hadisəni törədən ər evdən xanımına məxsus qızılları da götürərək qaçıb.

Hadisə yerinə dərhal Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin əməkdaşları cəlb edilib.

Zərərçəkmiş Arzu Hüseynovanın ərizəsi qəbul edilib və ona ekspertiza təyin edilib.

Qeyd edək ki, A.Hüseynova 5 aylıq hamilədir. Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru