239 nəfərin öldüyü təyyarə 5 il sonra tapıldı

13-01-2019, 10:42           
239 nəfərin öldüyü təyyarə 5 il sonra tapıldı
2014-cü ilin martında Çinin paytaxtı Pekinə səfər edərkən qəzaya uğrayan Malayziya Hava Yollarına aid sərnişin təyyarəsi tapılıb.

Axar.az xəbər verir ki, Malayziyanın rəsmi qurumları 5 ildir itən sərnişin təyyarənin tapıldığını açıqlayıb. Yayılan məlumatları təsdiqləyən Malayziya Baş naziri Nəcib Rəzaq təyyarənin qalıqlarının Hind okeanında tapıldığını deyib.

Qeyd edək ki, 2014-cü ilin martında Malayziyanın paytaxtı Kuala Lumpur şəhərindən Pekinə uçan MH370 sərnişin təyyarəsinin Hind okeanı üzərində qəzaya uğraması nəticəsində 239 nəfər həlak olub. Bu günə qədər haqqında heç bir məlumat olmayan təyyarənin hansı səbəbdən qəzaya uğraması məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru