Ana qızını bıçaqladı

13-01-2019, 18:58           
Ana qızını bıçaqladı
Gürcüstanda azərbaycanlı ana qızını bıçaqlayıb
Gürcüstanın Marneuli rayonunda azərbaycanlı ana gənc qızına bıçaqla ciddi xəsarətlər yetirib.

“Report”un verdiyi xəbərə görə, hadisə ötən gün rayonun Qızılhacılı kəndində baş verib.

İnsidentin ana və qızı arasında yaranmış ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Mübahisə zamanı ana qızına boğaz və sinə nahiyələrindən üç bıçaq yarası vurub.

Yaralanmış qız Marneuli xəstəxanalarından birinə çatdırılaraq, əməliyyat olunub. Yaralının vəziyəti orta-ağırdır.

Polis hadisəni törətməkdə şübhəli bilinən qadını saxlayıb. Gürcüstanın Daxili İşlər Nazirliyiqəsdən sağlamlığa ağır zərər vurma və ailə zorakılığı maddələri üzrə cinayət işi açıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru