Almaniyada qəlyanxanalara polis basqını

14-01-2019, 07:25           
Almaniyada qəlyanxanalara polis basqını
Almaniyanın Boxum, Duisburq, Reklinqhauzen, Dortmund və Gelzenkirxen şəhərlərində fəaliyyət göstərən qəlyanxanalara polis basqın edib. AzEuroNews.com xəbər verir ki, 300 polis əməkdaşının iştirak etdiyi basqın zamanı bəzi qəlyanxanalar möhürlənib. Onların arasında Türkiyə vətəndaşlarına məxsus qəlyanxanalar da olub.

Hadisə ilə bağlı açıqlama verən Şimali Reyn Vestfalya əyalətinin daxili işlər naziri Herbert Reul əməliyyatı yaxından izlədiyini deyərək bildirib ki, polis basqınları əyalətdəki cinayətkarlar və qanunlara hörmət etməyənlərə qarşı “sıfır tolerant” siyasətinin bir hissəsidir.

Məlumat üçün qeyd edək ki, polis basqınları zamanı qəlyanxanalarda narkotik ticarəti, vergidən yayınma kimi cinayətlərlə bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru