Nəhəng yağ qalası ingilislərin yolunu kəsib

14-01-2019, 07:32           
Nəhəng yağ qalası ingilislərin yolunu kəsib
Yağ topası kanalizasiyada məhv olmayan tullantılardan - donmuş yağdan və nəm salfetkalardan meydana gəlib

Böyük Britaniyanın cənub-qərbində Sidmut şəhərinin kanalizasiyasında öz ölçüsü ilə Piza qülləsıii keçmiş nəhəng "yağ nəhəngi" aşkar edilib.

64 metrlik "yağ qalası" dekabrın ortalarında aşkarlanıb.

Yağ topası kanalizasiyada məhv olmayan tullantılardan - donmuş yağdan və nəm salfetkalardan meydana gəlib.

Nəhəng tıxanmanı aardan qaldırmaq üçün 8 həftə lazım olacaq. İşlərin görülməsi üçün tələb edilən məbləğ hələ açıqlanmayıb.

Qeyd etmək lazımdır ki, tapılmış yağ topası 2017-ci ildə Londonda tapılmış 250 metrlik yağ topasından 4 dəfə kiçikdir. Onun fraqmentləri London muzeyində sərgilənmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru