Braziliyada ötən sutka koronavirusa 76 mindən çox yoluxma qeydə alınıb 15-03-2021, 10:14 Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 76 178 nəfər yoluxub.Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 11 439 558 nəfərə çatıb.Bildirilir ki, son sutka ərzində koronavirusdan 1 997 nəfər ölüb, ölənlərin ümumi sayı 277 102 nəfər təşkil edir. Facebook-da paylaş