Göbələk sayəsində 5 milyon dollar qazandı
29-08-2017, 08:45
Amerikanın Nyu-York ştatındakı Saranak-Leyk kənd sakini hesab edir ki, göbələklər sayəsində lotereyadan 5 milyon dollar udub. Bu barədə lenta.ru saytı UPI-yə istinadən xəbər verir.
56 yaşlı Con Lyuis atasının reseptinə əsasən, spagetti üçün sous hazırlamaq istəyib. Bunun üçün cəmi bir inqridient – göbələk çatmırmış. O, göbələk almaq üçün mağazaya gedib və alıb. Pulun qalığı olaraq ona lotereya bileti veriblər. Nəticədə isə bilet uduşlu çıxıb. Luis qərarlaşdırıb ki, birdən-birə 5 milyon dollar almasın. Onun əvəzində o, pulu hissə-hissə, ildə 172 min dollar olmaq üzrə alacaq. Kişi aldığı pulun bir hissəsini qohumunun müalicəsinə həsr edəcək. Amma qalan məbləğlə nə edəcəyi barədə düşünməyib. “Mən ölənə qədər hardasa çalışmağı düşünürdüm. Amma bu pullar mənim qarşımda daha bir neçə qapı açacaq. Biz indi də öz həyatımızdan məmnunuq. Bu, çox yaxşı həyatdır”.
Avqustun 25-də isə xəbər verilib ki, Massaçuset xəstəxanasının işçisi Mevis Vançik ABŞ tarixindəki ən böyük cekpotu udub. Bu, 758.7 milyon dollar olub.
Musavat.com