Azərbaycan cüdoçusu Rüstəm Orucov dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

31-08-2017, 00:04           
Azərbaycan cüdoçusu Rüstəm Orucov dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB
Azərbaycan cüdoçusu Rüstəm Orucov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında gümüş medal qazanıb
"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində yer alan Avropa çempionu finalda yaponiyalı Soiçi Haşimoto ilə qarşılaşıb.
26 yaşlı cüdoçu rəqibinə qızıl xalla məğlub olub.
Bununla da Azərbaycan cüdo yığması qazandığı medalların sayını ikiyə çatdırıb. Yarışın birinci günündə Orxan Səfərov da finalda uduzaraq dünya çempionatının gümüş medalını qazanıb.
*** 19:46
Azərbaycan cüdoçusu Hidayət Heydərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatını medalsız başa vurub.
"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsindəki gənc Avropa çempionu bürünc medal uğrunda görüşdə monqolustanlı Qanbatar Odbayara məğlub olub.
*** 18:37
Azərbaycan cüdoçusu Rüstəm Orucov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında finala yüksəlib.
"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində yer alan Avropa çempionu 1/2 finalda cənubi koreyalı Çanqrim Anı ipponla məğlub edib.
26 yaşlı cüdoçu finalda yaponiyalı Soiçi Haşimoto ilə üz-üzə gələcək.
Azərbaycanın digər cüdoçusu, 73 kq çəki dərəcəsindəki gənc Avropa çempionu Hidayət Heydərov isə yarımfinalda yaponiyalı Soiçi Haşimotoya məğlub olub. 20 yaşlı idmançımız bürünc medal uğrunda monqolustanlı Qanbatar Odbayarla mübarizə aparacaq.
*** 16:14
Macarıstanın paytaxtı Budapeştdəki dünya çempionatında bu gün mübarizəyə qoşulan Azərbaycan cüdoçusu Rüstəm Orucov yarımfinala yüksəlib.
"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində yer alan Avropa çempionu 1/4 finalda çinli Saiyinjiriqalanı ipponla yenib.
26 yaşlı cüdoçu yarımfinalda cənubi koreyalı Çanqrim Anla qarşılaşacaq.
Qeyd edək ki, 73 kq çəkidəki digər cüdoçu Hidayət Heydərov da yarımfinala yüksəlib. Finala gedən yolda 20 yaşlı idmançının rəqibi yaponiyalı Soiçi Haşimoto ilə üz-üzə gələcək.
*** 15:46
Macarıstanın paytaxtı Budapeştdəki dünya çempionatında bu gün mübarizəyə qoşulan Azərbaycan cüdoçusu Hidayət Heydərov yarımfinala yüksəlib.
"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsindəki gənc Avropa çempionu 1/8 finalda rumıniyalı Alexandru Raykunu, 1/4 finalda isə rusiyalı Denis Yartsevi ipponla yenib.
O, son görüşündə zədələnsə də, görüşü qələbə ilə başa vurmağı bacarıb. Heydərov yarımfinalda yaponiyalı Soiçi Haşimoto ilə üz-üzə gələcək.
Orucov isə 1/8 finalda tacikistanlı Behruzi Xojazodanı cərimə xalları hesabına yenib.
**** 14:09
Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında Azərbaycanın daha 4 cüdoçusu ilk görüşlərini keçirib.
"Report"un məlumatına görə, kişilərin mübarizəsində hər iki Avropa çempionu 1/32 final görüşlərini qələbə ilə başa vurub. Rüstəm Orucov kosovalı Akil Qyakovanı 1 dəqiqə 59 saniyəyə, Hidayət Heydərov mərakeşli Ahmed əl-Meziatini 1 dəqiqə 39 saniyəyə yenib. Orucov 1/16 finalda fransalı Pyer Dupranı, Heydərov Alexandru Rakunu (Rumıniya) sınağa çəkəcək.
Qadınların yarışında isə 1/32 finalda Səkinə Zayirova slovakiya Viktoriya Mayorosovaya, İçinxorlo Munxtsedev isə ispaniyalı Xayone Ekuisoayna uduzaraq mübarizəni dayandırıb.
*** 09:14
Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bu gün Azərbaycanın daha 4 cüdoçusu tatami üzərinə çıxacaq.
"Report"un məlumatına görə, kişilər və qadın cüdoçuların hər biri mübarizəyə 1/32 final mərhələsindən başlayacaq.
Kişi cüdoçulardan 73 kq çəki dərəcəsində Avropa çempionları Hidayət Heydərov ilə Rüstəm Orucov yarışacaq. Qadınlardan isə Səkinə Zayirova və İçinxorlo Munxtsedev qüvvəsini sınayacaq.
73 kq
1/32 final. Hidayət Heydərov - Ahmed əl-Meziati (Mərakeş)
1/32 final. Rüstəm Orucov - Akil Qyakova (Kosova) / Xavyer Ramires (İspaniya) cütünün qalibi
57 kq
1/32 final. Səkinə Zayirova - Viktoriya Mayorosova (Slovakiya)
1/32 final. İçinxorlo Munxtsedev - Xayone Ekuisoayn (İspaniya)
İlk görüşlər Bakı vaxtı ilə saat 12:00-da, yarımfinal, təsəlliverici və final qarşılaşmaları saat 18:00-da başlayacaq.
Qeyd edək ki, hələlik Azərbaycan yığmasından Orxan Səfərov (60 kq) gümüş medal qazanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.