“QARABAĞ” BRAZİLİYALI YARIMMÜDAFİƏÇİ İLƏ ANLAŞD

31-08-2017, 10:53           

"Qarabağ" növbəti transferini reallaşdırmağa hazırlaşır. Ağdam klubu Yunanıstanın PAOK klubunda forma geyinən Pedro Enrikenin keçidini reallaşdırmaq üzrədir. Yunanıstan mətbuatının yaydığı xəbərə görə, klublar arasında bir neçə gündü davam edən danışıqlar yekunlaşıb. Razılaşmaya görə, 27 yaşlı yarımmüdafiəçi Ağdam klubunda icarə əsasında çıxış edəcək. Hazırda klublar arasında kiçik detallar müzakirə olunur. Əgər hər-hansı problem olmasa, "Qarabağ" klubu yeni transferini tezliklə rəsmən açıqlayacaq. Qeyd edək ki, daha öncə "Sürix" klubunda da oynamış braziliyalı vinger 2016-cı ildə "Renn" klubundan PAOK-a keçib. Braziliyalı oyunçu Saloniki klubunda 23 oyunda 6 qol vurub. \\qafqazinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru