12 saylı həbsxanada çörək üsyanı

15-01-2016, 23:35           

12 saylı cəzaçəkmə müəssisəsində üsyan başlayıb.

Məlumatı “Basta” saytı həmin kalonda cəza çəkən məhbuslardan birinin qohumu ötürüb.

Məlumatda bildirilir ki, üsyana səbəb cəzaçəkmə müəssisəsindəki mağazada 180 qramlıq çörəyin qiymətinin 50 qəpiyədək bahalaşmasıdır.

Mənbə bildirir ki, narazı məhbuslar həbsxanadakı mağazanı yandırıblar. Bundan sonra həbsxanaya qoşun yeridilib.
Hal hazırda həbsxanada "şmon" əməliyyatı həyata keçirdilir.

12 saylı cəzaçəkmə müəssisəsi Qaradağ rayonu, Puta qəsəbəsində yerləşir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru