İnterpol Riyad Əliyevlə bağlı axtarışları dayandırdı

17-01-2016, 09:20           
İnterpol Riyad Əliyevlə bağlı axtarışları dayandırdı
Sabiq filial rəhbərinin adı qurumun rəsmi saytından da çıxarıldı

Məlum olduğu kimi, bir müddət əvvəl Təfəkkür Universitetinin Kiyev filialının rektoru Riyad Əliyev haqqında cinayət işi qaldırılmışdı. Sayt xəbər verir ki, dələduzluqda ittiham olunan Riyad Əliyev axtarışa verilməklə yanaşı, İnterpol tərəfindən də axtarışdaydı.

Aldığımız məlumata görə, İnterpol sabiq filial rəhbəri ilə bağlı axtarışları dayandırıb və onun adını siyahısından çıxarıb. Bu barədə JAM.AZ-a açıqlama verən Riyad Əliyev bildirib ki, belə bir nəticənin alınması üçün xeyli əziyyət çəkməli olub. Onun sözlərinə görə, haqqında qaldırılmış cinayət işi sifarişli olmaqla yanaşı, həm də qondarmaydı. «İnterpola təqdim etdiyim sənədləri, faktları və sübutları araşdırdıqdan sonra günahsız olduğumu təsdiqlədilər və barəmdə verilmiş axtarışı dayandırdılar. Adımı isə rəsmi sayıtlarından çıxardılar».












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru