Nadejda İsmayılova: - “Bakı ağlayırdı”

18-01-2016, 11:56           
Nadejda İsmayılova: - “Bakı ağlayırdı”
Hər tərəfdə tanklar var idi, əsgərlər komendant saatında gördükləri hər kəsi vururdular.

Axar.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Nadejda İsmayılova 20 Yanvar faciəsi haqda “V-ci element” verilişində danışarkən deyib.

O, həmin gecə çox dəhşətli hadisələr baş verdiyini bildirib:

“Həmin günlər çox ağır idi. Komendant saatı var idi və mən komandamla həmin gecələrin birində baş verən hadisələri göstərmək üçün şəhərə çıxmışdım. Şəhərdə tanklar, əsgərlər var idi, onlar gördükləri hər kəsi vururdular. Biz həmin gecə 11-dən səhər 6-ya kimi çəkiliş etdik. Şəhərdə heç kəs yox idi. Bakı sanki ağlayırdı. Biz çəkilişi bitirdik, yolla gedəndə bir də gördük haradasa 50 yaşlarında bir kişi öz idman geyimində “İnturist” tərəfdən bulvara tərəf qaçır. Sanki bu, belə də olmalı idi; sanki Bakıda qətliam olmamışdı. Onda başa düşdüm ki, Bakı yaşayacaq, o ölməyib. Sonra gedib bir məqalə də yazdım ki, Bakını məhv olanda da sevin, onu günəşli olanda hamı sevir onsuz da”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.