Bu ərazilərdə qaz olmayacaq! - DİQQƏT

15-03-2021, 16:24           
Bu ərazilərdə qaz olmayacaq! - DİQQƏT
Paytaxtda bir sıra ərazilərində qaz olmayacaq.

Valyuta.Az xəbər verir ki, Xəzər Pirallahı Gürgan qəsəbəsi, Damba ərazisində "Təmizqaz" tərəfindən qaz sayğaclarına texniki baxış keçirilməsi ilə əlaqədar olaraq qaz təchizatı dayandırılıb.

Suraxanı rayonu Hövsan qəsəbəsi O.Şabanov küçəsində "Təmizqaz" tərəfindən sayğac girişlərinin yivsiz, qaynaqla yığılması məqsədi ilə qaz olmayacaq.

Sumqayıt şəhəri Tağıyev qəsəbəsində də yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədi ilə əlaqədar olaraq, ərazidə qaz təchizatı dayandırılıb.

Nərimanov rayonu F.Xoyski , Ə.Əliyev, Təbriz küçələrində yeraltı qaz xəttində sızmanı aradan qaldırması məqsədi ilə ərazidə qaz olmayacaq.

Sabunçu rayonu Maştağa qəsəbəsi S.Vurğun və H.Aslanov küçələrində qeyri qanuni çəkilmiş qaz xətlərinin ləğv edilməsi ilə əlaqəli olaraq ərazidə qaz təchizatı dayandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru