Ben Ladenin məktubu üzə çıxdı: - “Oxuduqdan sonra yandırın”

1-03-2016, 21:35           
Ben Ladenin məktubu üzə çıxdı: - “Oxuduqdan sonra yandırın”
Amerika xüsusi xidmət orqanlarının üzərindən məxfiliyi götürülmüş sənədləri “Əl Qaidə” terror qruplaşmasının lideri Üsəma Ben Laden haqda bir neçə maraqlı detalı üzə çıxarıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, məktublar və kəşfiyyat sənədləri Ben Ladenin elektron cihazlar vasitəsilə izlənə biləcəyindən çox narahat olduğunu yazır.

“Əbu Abdulla” ləqəbi ilə məktub yazan Ben Laden həyat yoldaşlarından birinin İranda dişinə plomb qoydurmaq planlarından narahatçılğını ifadə edir. Məktubun sonunda isə təlimat olaraq “Xahiş edirəm məktubu oxuduqdan sonra yandırın” deyə yazıb.

Ben Laden diş plombuna onu izləməyə imkan verən çipin yerləşdirilməsindən qorxurmuş.

“Çipin uzunluğu buğda, eni isə vermişel ölçüçündədir”.

Digrə məktubunda isə əfqan diplomatın azad olunması üçün hakimiyyət nümayəndələrinin ödədiyi pulun olduğu çemodanı məhv etməyi tapşırır. Onun fikrincə, çemodanda izləyici cihazlar ola bilər.

Ehtimal olunur ki, məktublar 2009-2011-ci illərdə yazılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru