Bakıda supermarketə basqın: nəzarətçini yaraladılar - VİDEO

9-03-2016, 23:59           
Bakıda supermarketə basqın: nəzarətçini yaraladılar - VİDEO
Bakıda iri supermarketə basqın olub.

APA TV-nin məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, “GrandMart”da baş verib. Naməlum şəxs supermarketin Vladislav Plotnikov küçəsinə çıxan əlavə qapısından içəri girərək, kassaya yaxınlaşıb və pul tələb edib. Marketin əməkdaşları pulu verməkdən imtina ediblər və müqavimət göstəriblər. Basqınçı işçilərə gücünün çatmadığını gördükdə cibindəki bıçağı çıxarıb. Hadisə nəticəsində supermarketin nəzarətçisi hər iki əlindən bıçaq xəsarətləri alıb.

Basqınçı isə istəyinə nail ola bilməyib və supermarketin əməkdaşları tərəfindən zərərsizləşdirilib. O, saxlanılaraq, polisə təhvil verilib. Polis əməkdaşları hadisə yerində müayinələr aparıblar, supermarket əməkdaşları və şahidlərin ifadələri alınıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru