Bakıda qaydanı pozan sürücü qəzaya səbəb olub, 2 nəfər yaralanıb - FOTO

29-08-2017, 08:24           
Bakıda qaydanı pozan sürücü qəzaya səbəb olub, 2 nəfər yaralanıb - FOTO
Bakının Sabunçu rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report" xəbər verir ki, Sumqayıt-Novxanı yolunun Pirşağı qəsəbəsindən keçən hissəsində Quliyev Akif Əlihüseyn oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil köməkçi yoldan yol nişanının tələblərinə riayət etməyərək çıxan Anar Elbəndiyevin sürdüyü "Opel"ə çırpılıb.
Sürət yüksək olduğundan hər iki sürücü xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hər iki avtomobil deformasiyaya uğrayıb. Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsi və Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru