Londonlunun yatağına tülkü girdi

29-08-2017, 08:48           
Londonlunun yatağına tülkü girdi
London sakini Leon Smit çarpayısında tülkü tapıb. Lenta.ru saytının xəbərinə görə, balaca tülkü evə pişik üçün nəzərdə tutulmuş xüsusi qapıdan girib. Səhər yuxudan oyanan kimi kiminsə ona toxunduğunu hiss edən Leon bunun sevgilisi olduğunu düşünüb.

Toxunuşa cavab vermək üçün əlini uzadanda isə tülküyə toxunub. Smit dərhal yuxudan oyanıb, yatağında o qədər də böyük olmayan tülkünü görüb. Britaniyalının dediyinə görə, tülkü özünü olduqca sakit aparıb və sadəcə, ona baxıb.

Leon heyvanın şəklini çəkməyi bacarıb. Cəmi 10 dəqiqə Leonun evində qonaq olan tülkü bu dəqiqələr ərzində ancaq ev sahibinə baxıb. Smit isə onu öncə yatağından, sonra isə evindən qovub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.