Salyanda intihar hadisəsi baş verib.Hadisə rayonun Xocalı kəndində qeydə alınıb. Kənd sakini, 33 yaşlı Amid Mirhabil oğlu Həsənov həyətyanı sahədəki tikilidə özünü asaraq öldürüb. İntiharın səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.