MART, MARS, MARZO, NAURIZ
1-03-2024, 10:28
Mart Yulian və Qriqorian təqvimlərində ilin üçüncü ayıdır.
Qədim Romada isə mart ayı Sezarın təqvim ıslahatına qədər Romada ilin ilk ayı idi.
31 gün çəkən yeddi aydan biridir.
Mart Şimal yarımkürəsində baharın, Cənub yarımkürəsində isə payızın ilk ayıdır.
Bahar bərabərliyi günü ayın 20-nə düşür, gündüz və gecə bərabərləşir.
Mart sonunda qar əriməyə başlayınca ilk görünməyə başlayır.
Bu ay adını Qədim Romalıların Müharibə Tanrısı olan “Mars”dan (“Martius”) alıb.
Mart müharibəyə başlamaq üçün əlverişli vaxt hesab olunurdu.
Yanvar və fevral ayları hərbi səfərlər və müharibə üçün uyğun olmadığından Romada təqviminin ilk ayı mart idi.
Martın adı bir çox dillərdə oxşardır:
almanca März (Maerz), fransızca Mars, ispanca və italyanca Marzo, ərəbcə Marisdir.
Məncə, mart ayının ən gözəl adı qazax dilindədir.
Qardaş Qazaxstanda “Naurız”, yəni “Novruz” deyirlər marta.
E.ə. 45-ci ildə Yuli Sezarın təqvim islahatından sonra il yanvarın 1-dən başladı.
Buna rəğmən çox ölkələrdə ilin mart ayında başlaması ənənəsi Avropada 16-cı əsrə qədər davam etdirildi.
1 yanvarın Fransada yeni ilin ilk günü olması 1564-cü ildə rəsmiləşdi.
Böyük Britaniya və onun müstəmləkələrində isə bu ənənə 1752-ci ilə – Qriqorian təqvimi qəbul edilənə qədər davam etdi.
Rusiyada da mart ayı 1492-yə qədər ilin birinci ay hesab olunurdu…
Böyük Türk Dünyası üçün Mart ayı ilk növbədə Novruz Bayramıdır.
Novruz Türk xalqını birləşdirən ən əsas bayramımızdır;
Ergenekondan sonra dəmir dağları əridərək dirilən əcdadlarımızın ruhları ilə yanan bir atəşdir;
Bu od min illərdir ki, heç sönmədən yanır;
Bu od Türk xalqlarının “ortaq mədəniyyət ocağı”dır.
Novruz Türk xalqlarının ilk milli bayramıdır.
Novruz bütün türk dövlət və toplumlarında tanınır.
Novruzu tanımayan, onu yaşatmayan, tətbiq etməyən türk dövləti, türk toplumu yoxdur.
Novruz türk dövlət və toplumlarında bu adlar altında qeyd olunur:
Altay türkləri: Çılqayak şənliyi;
Azərbaycan: Novruz;
Başqırd türkləri: Əkin bayramı;
Şərqi (Doğu) Türküstan: Yeni Gün, Baş Bahar;
Qaqauz türkləri: Bahar;
Qaraçay-Balkar türkləri: Göllü, Qutan, Şaban Toy, Teğri Toy;
Qazaxıstan türkləri: Navruz, Nevruz Bayramı, Nevruz Koce, Millət Günü;
Kazan Türkləri, Qarapapaq və Tərəkəmələr: Ergenekon;
Qırğızıstan türkləri: Noruz;
Kumuk türkləri: Yazbaş;
Noqay türkləri: Novruz, Şaban Toy;
Özbəkistan türkləri: Nevroz;
Tatarlar: Novruz;
Türkmənlər: Teze Yıl;
Uyğur türkləri: Yeni gün.
Türk poeziyasında martla bağlı çox sayda şeir nümunəsi var.
Veysel Şimşek mart ayının qarını təsvir edir:
Ekmek yerken su içerken,
Hayata kucak açarken,
Yağmur doludan kaçarken,
Mart karı yağdı Mart karı.
Bakar rakı şişesine,
Neşe katar neşesine,
Ocağının baş köşesine,
Mart karı yağdı Mart karı.
Bu ay həm də 8 mart deməkdir.
Kimi bu tarixə siyasi müstəvidən, kimi də zərafət çərçivəsindən baxar.
Ancaq Mehmet Tevfik Temiztürk bu özəl günə daha geniş perspektivdən baxıb:
8 Mart denilince, eşitlik akla gelir,
Daha huzurlu yaşam, kalkınmayla bilinir…
8 Mart denilince, özgürlük akla gelir,
Dayanışma içinde, mutlulukla bilinir…
8 Mart denilince, nezaket akla gelir,
Daha ince davranış, zarafetle bilinir…
8 Mart denilince, anneler akla gelir,
Dünya kadınlarımız, yüreklerce sevilir…
Necip Fazıl Kısakürek görün 2 sətrin içinə baxın nələr yerləşdirmiş:
Nisbetleri bozuldu, yedi ses, yedi rengin;
Mart kedisinin dili, bizimkinden çok zengin...
Can Yücel isə ona xas bir üslubla belə deyir:
Bir iş açacaksın sen başımıza
yangın mı olur artık, bahar mı?
Yusuf Önder Bahçecinin bu şeiri ilə mart ayında doğulan bütün dostlarımi, yaxınlarımı təbrik edirəm:
Ben, bir deli Mart akşamında, doğmuşum,
Doğmuşum, ama anamı, nasıl yormuşum,
Allah ve peygamber sevgisiyle dolmuşum,
Ben, bir deli Mart akşamında doğmuşum.
İbrahim Nebioğlu
https://t.me/ibrahim_nebioglu