“RUSİYANIN KİTABI BAĞLANIB...” - “Artıq onu xilas etmək mümkün deyil”

9-02-2025, 11:24           
“RUSİYANIN KİTABI BAĞLANIB...” -
“Rusiyanın əhalisini yalnız “vodka”, pivə, yemək-içmək maraqlandırır”

“Bu gün artıq Rusiyanı heç kim xilas edə bilməz. Heç bir möcüzə, yaxud hansısa siyasi qəhrəman gəlib o dağılmaqda, ölməkdə olan vücudu xilas edə bilməz. Bu cür vəziyyətdə belə, bu bədbəxtlər dünənki müttəfiqlərinə, vaxtilə faşizmə qarşı çiyin-çiyinə vuruşduqları xalqlara təzyiqlər göstərir, təcavüzlər edirlər”.

“AzPoltika” xəbər verir ki, bunu politoloq Zərdüşt Əlizadə yerli mətbuata açıqlamasında bildirib.

“SSRİ dövründə pis-yaxşı formalaşmış bütün sənaye müəssisələrini texnologiyaları dağıtdılar, bütün elm tutumlu, inkişaf etmiş sənaye potensialını tar-mar etdilər, əvəzində isə ciddi heç nə yaratmadılar, qurmadılar”, - o, əlavə edib.

Z.Əlizadə xatırladır: “Təsəvvüredinki, 1989-cuildə dünyaaviasiyaparkının 40 faiziniSovet İttifaqı istehsaledirdi. İndiki Rusiya isə heç bir faizini də istehsal edə bilmir. Bütün alimləri, texnoloqları pərən-pərən saldılar. Görkəmli rus ailimləri getdilər Amerikada Nobel mükafatı aldılar. Bütün bunlar Rusiyanın siyasi hakimiyyətinin mahiyyətidir. Odur ki, artıq Rusiyanın kitabı bağlanıb. Onun əhalisini də yalnız “vodka”, pivə, yemək-içmək maraqlandırır. Bir az imkanı olanlar Türkiyəyə, Misirə, nə bilim Yaponiyaya kefə, dincəlməyə gedirlər. Ölkələrinin gələcəyi isə onları maraqlandırmır”.

Rusiyanın addım-addım uçuruma yuvarlandığını deyən politoloq, Moskvanın Cənubi Qafqazdan da getdiyini vurğulayır.

“Azərbaycandan qoşunlarını çıxardı, Gürcüstandan getdi. İndi yavaş-yavaş Ermənistandan da gedir. Vəssəlam… Bir daha təkrar edirəm, artıq Rusiyanı xilas etmək mümkün deyil. Və buna çox baş qoşmaq lazım deyil. Bizim öz problemlərimiz, xüsusən, daxili problemlərimiz özümüzə bəsdir”, -deyə Zərdüşt Əlizadə fikirlərini yekunlaşdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru