Elmar Məmmədyarov: Bu formatda danışıqların gələn ay davam etdirilməsi razılaşdırılıb

6-12-2018, 06:52           
Elmar Məmmədyarov: Bu formatda danışıqların gələn ay davam etdirilməsi razılaşdırılıb
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Respublikasının xarici işlər naziri v.i.e Zöhrab Mnatsakanyan ilə 5 dekabr tarixində Milanda görüşü baş tutub.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir E.Məmmədyarov görüşün yekunlarını belə şərh edib: “Üç saatadək davam edən görüşdə tərəflərin bir-birlərinin mövqeyini daha yaxşı anlaması baxımından çox mühüm və faydalı danışıqlar aparılıb”.

Nazir bildirib ki, bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimal ilə gələn ay davam etdirilməsi razılaşdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru